Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. Azərbaycan dövlət başçısını Soçinin ?Adler? Beynəlxalq hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Prezident İlham Əliyev həmin gün axşam Bakıya qaydıb. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.