Tanınmış maneken Validə Abbasovanın bizneslə məşğul olmaq istəyi barədə məlumat vermişdik. Əldə etdiyimiz xəbərə görə, indi də o, deputat olmaq arzusu ilə yaşayır. Hələ 2005-ci ildə "lövbər"ini Milli Məclisə atmaq istəyən Validə xanımın artıq müəyyən seçki təcrübəsi də var. 5 il öncə parlament seçkilərində iştirak edən maneken bu dəfə öz strategiyasını daha hazırlıqlı qurub. Öz namizədliyini Səbail rayonundan irəli sürməyə hazırlaşan Validə xanımı yuxarılarda dəstəkləyənlərin olduğu da bildirilir. Xatırladaq ki, müğənni, Elit-star Cəmilə də 2010-cu ilin parlament seçkilərinə qatılmaq niyyətində olduğunu bildirib.