Nadir Qafarzadə dinləyicilərinə konsert vermək istəmir
?Piratçılar da bir yerdən çörək qazanmalıdır. Onsuz da bu mübarizə həmişə olub və olacaq. Mən on ilə yaxındır oxuyuram, amma kasetlərimdən bir qara qəpikdə qazanmamışam?.
Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında müğənni Nadir Qafarzadə deyib. N.Qafarzadə konsert verməyi düşünmür: ?Azərbaycanda konsert verəndə, astarı üzündən baha olur. Ona görə konsert verməyi düşünmürəm. Bilet baha olsa, konsertə kim gələr? Sarayın qapısını açıb doldurmaq istəmirəm. Çəkdiyim zəhmətin bəhrəsini görmək istəyirəm. Konsert verəndə bunu görmürəm?.
N.Qafarzadə yeni mahnılar üzərində işləyir: ?Yeni mahnılar üzərində işləyirəm. Məncə o biri hitə çevrilmiş mahnılarım kimi yeni mahnılarımında aqibəti hit olar. Mən buna inanıram?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47