Həmsədrlər birgə bəyanat veriblər
ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlykov birgə bəyanat veriblər. Bəyanatda bildirilir ki, həmsədrlər yanvarın 20-də İrəvanda Ermənistan dövlət başçısı Serj Sarkisyanla görüşüblər. Görüşdə dekabrda Azərbaycana səfərləri zamanı prezident İlham Əliyevə təqdim etdikləri Madrid prinsiplərinin yenilənmiş variantının son redaktələrini S.Sarkisyana təqdim ediblər.
Həmsədrlər yanvarın 21-də Bakıda prezident İ. Əliyevlə görüşüblər. Hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini davam etdirmək istədiklərini bildirib.
Bəyanatda qeyd olunur ki, həmsədrlər daha sonra ATƏT-ə sədrliklə bağlı məsləhətləşmələr aparmaq üçün Astanaya gediblər. Məsləhətləşmələrdən sonra həmsədrlər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi edəcəyi Soçiyə gedəcəklər.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin yanvarın 25-də Soçidə görüşü gözlənilir
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08