Hökumət təhsil müəssisələrinə əlavə gəlir əldə etmək üçün sahibkarlıq imkanı yaradıb
Azərbaycan Nazirlər Kabineti təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyənləşdirib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qərara əsasən təhsil müəssisələrinin öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilib.
Təhsil müəssisələri ödənişli əlavə təhsil; məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi; təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı; elmi tədqiqat və təcrübi-konstruktor işləri; elmi-praktiki tədbirlərin təşkili; nəşriyyat-poliqrafiya işləri; tədris prosesində əldə olunan məhsulun satışı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08