Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 63 kv.m. olan 2 otaqlı mənzilin mətbəxində partlayış baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, partlayış nəticəsində yanğın hadisəsi olmayıb. Nəticədə, yataq otağında pəncərə çərçivəsi dağılıb, kirənişin müxtəlif dərəcəli yanıq xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.