Cazibədar müğənni Nura Suri piratlarla dost olmaq istəyir
?Qoy kef etsinər. Mən onlarla razıyam. Amma yenə də deyirəm ki, hər şeyi sülh yolu ilə həll etmək olar. Heç kimlə düşmənçilik etmək fikrində deyiləm. Axı elə insanlar var ki, oriqinal diski almağa imkanları yoxdur. Bu səbəbdən onlarla mübarizə aparmaq istəmirəm.?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açaqlamasında müğənni Nura Sura deyib.
Onun sözlərin görə, Nazpəri Dostəliyevanın ?Piratlarla mübarizə? aksiyasına qatılmağının səbəbi isə xalq artistinə olan hörmətlə bağlıdır. ?Nazpəri xanım piratçılığa son qomaq istəyir, məndə bu aksiyada iştirak etmişəm. Buda Nazpəri xanıma olan hörmətimdən irəli gəlir. Fikirləşirəm ki, piratlarla dost olsaq daha yaxşı olar?,-deyə müğənni bildirib.
Piratlarla mübarizə aparmağın xeyiri olmadığı bildirən Nura, bu problemin həlli yolundanda söz açıb: ?Biz piratlarla razılığa gəlməliyik. Bəlkə bizim disklərimizin yarısı original olaraq satılsın, sonra isə onlar istədikləri qədər pirat diskləri sata bilər?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47