?Çoxdandır ki, mən yeni mahnılar yazdırmırdım. Yəqin ki, bu il yeni mahnılar yazdıracağam. Məncə, artıq zamanı çatıb?. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən gənc müğənni Samira əksər bəstəkar mahnılarında özünü tapa bilmir: ?Bəstəkarlarımız çox gözəl mahnılar yazırlar, sadəcə mən özümü orda tapa bilmirəm. Amma yenə də bəstəkarlarımızdan yeni-yeni mahnılar gözləyirəm. Çünki yeni mahnılar üçün çox darıxmışam?.