Xətai rayonundakı "Əhmədli" klinikasında qanlı olay baş verib. Belə ki, 30-35 yaşlı naməlum şəxs klinikaya daxil olaraq 3 həkimə bıçaqla ağır xəsarət yetirib. Bunlar klinikanın baş həkimi 50 yaşlı kardioloq Alim Şıxəliyev, onun oğlu, Elnur Şıxəliyev (stomatoloq) və adı məlum olmayan 45-50 yaşlarında olan həkimdir. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar. Hadisəni törədən şəxs Xətai rayon polis əməkdaşları tərəfindən tutulub. Xətai Rayon Polis İdarəsinin rəis müavini Faiq Quliyevin ANS PRESS-ə bildirdiyinə görə, həmin şəxsin kimliyi müəyyənləşdirilir. İkin versiya kimi hadisənin nəmalum şəxsin klinkaya daxil olaraq pul tələb etməsindən sonra baş verib. Klinkanın Baş Tibb bacısının ANS PRESS-ə verdiyi məlumata görə, həmin şəxs əlində bıçaq qarşısına çıxan şəxslərə hücum edirmiş. Faktla bağlı araşdırma başlanılıb.