Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ?İdeal? qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə N.Quliyevin 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verilib. Bundan əlavə, hökmə əsasən, N.Quliyevin əmlakı da müsadirə olunub. Məlumat üçün bildirək ki, ittihama görə, N.Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilib.