Yanvarın 10-da sərhədin Erasx-Naxçıvan məntəqəsindən sərhəd çəpərini qıraraq Ermənistandan qaçan ailənin hazırda Azərbaycan ərazisində olmasını Azərbaycan Müdafiə Nazirliyi təsdiq edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, erməni ailəsi Azərbaycan biz tərəfdədir və araşdırma aparılır. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Ermənistan vətəndaşı 1958-ci il təvəllüdlü Yeğişe Petrosoviç Gevorkyan həyat yoldaşı və üç azyaşlı uşağı ilə (3, 6, və 7 yaşlarında) birgə öz maşınında sərhəd çəpərini qıraraq Naxçıvana keçib. Erməni sərhədçiləri maşında azyaşlı uşaqlar olduğu üçün atəş açmayıblar. Ermənistan tərəfi baş vermiş hadisə ilə bağlı beynəlxalq humanitar təşkilatları məlumatlandırdığını da bildirmişdi.