Milli Məclisin deputatları Qənirə Paşayeva, Rüfət Quliyev, Nizami İsgəndərov və Sabir Hacıyev yanvarın 17-də Ukraynada keçiriləcək prezident seçkisini müşahidə edəcəklər. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, deputatlar yanvarın 13-dən 19-dək Kiyevdə səfərdə olacaqlar. Deputatlar bir sıra seçki məntəqələrinə baş çəkəcək, vətəndaşların səsvermə hüququnun təmin edilməsi, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə tanış olacaqlar. Q.Paşayeva və S.Hacıyev seçkini Avropa Şurası Parlament Assambleyasının xətti ilə müşahidə edəcək.