Azərbaycan Respublika Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev tutduğu vəzifədən azad olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, E.Əfəndiyev ?Prokurorluq orqanlarında qulluq keçmə haqqında? qanunun tələblərinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatması səbəbindən tutduğu vəzifədən azad edilib. E.Sultanov onu da qey edib ki, Eldar Əfəndiyev 1979-cu ildən respublika prokurorluq orqanlarında çalışaraq xidmətdə fərqləndiyinə görə dəfələrlə mükafatlandırılıb, ona ?Azərbaycan Respublikasının əməkdar hüquqşünası? fəxri adı və ?Prokurorluğun fəxri işçisi? döş nişanı verilib. Prokurorluq orqanlarında uzun müddətli qüsursuz fəaliyyətinə görə o, Respublika Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib.