Bu gün səhər saat 11 radələrində Mahaçqala şəhəri yaxınlığında 31-32 saylı Bakı - Kiyev sərnişin qatarının hərəkəti Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb. Müstəqil İnformasiya Agentliyi Rusiya İnformasiya Agentliklərinə istinadən xəbər verir ki, qaratın hərəkətinin dayandarılması dəmir yoluna partlayıcı qurğunun qoyulması ilə bağlı olub. Dəmiryolu rəsmiləri, Bakı- Kiyev marşrutu ilə hərəkət edən qatardakı sərnişinlərin həyatını təhlükəyə atmaq istəmədiklərindən bu qərarı verdiklərini bildiriblər. Baş verənlərlə bağlı Bakı-Moskva qatarının da hərəkəti artıq 2 saatdan çoxdur dayandırılıb. Hazırda hadisəylə bağlı araşdırma aparılır. Bakı-Kiyev qatarının hərəkəti bərpa edilib. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib. Belə ki, Dağıstan hüquq-mühafizə orqanları Tarqi-Mahaçqala dəmiryolu xəttində aşkar edilən partlayıcı qurğunu artıq zərərsizləşdiriblər.