Bu gün tezdən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində faicə baş verib. Uzunmüddət Füzuli, Cəbrayıl və Masallı rayonlarının hərbi komissar vəzifəsində çalışan İsa Xudiyev qaz sızması ilə baş verən partlayış nəticəsində faciəli şəkildə həlak olub. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, İ. Xudiyev səhər tezdən işığı yandıran zaman evdə qaz sızmasından güclü partlayış baş verib. Hadisə nəticəsində İsa Xudiyevin övladlarından biri isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Bu gün günortadan sonra İ.Xudiyev dəfn edilib.