Bakının mərkəzində güclü yanğın hadisəsi baş verib. Müstəqil İnformasiya Agentliyinin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Nizami metrostansiyasının qarşısında, Cəfər Cabbarlı küçəsi 19-da yerləşən iki mərtəbəli binada yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər. Yanğınsöndürənlər yolu bağlayıb yanğını söndürməyə çalışırlar. Hələlik yanğını söndürmək mümkün olmayıb.