Azərbaycanda keçirilən bələdiyyə seçkilərində artıq seçicilərin 24.23 faizi səs verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının ?Seçkilər? İnformasiya Mərkəzinin rəhbəri Ramin Hüseynov bildirib ki, saat 15.00-a qədər 1 milyon 111 min 638 seçici seçki məntəqələrinə gəlib ki, bu da ümumi seçicilərin 24.23 faizini təşkil edir. Qeyd edək ki, ümumilikdə isə bələdiyyə seçkiləri ilə bağlı seçici siyahılarında 4 milyon 588 min 728 seçicinin adı var.