Prezident İlham Əliyev Ali Attestasiya Komissiyasının sədri Arif Şəfaət oğlu Mehdiyevin ?Şöhrət? ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Arif Mehdiyev Azərbaycan elminin inkişafında xidmətlərinə görə bu ordenə layiq görülüb. O, Azərbaycan prezidenti yanında elmin, texnikanın, təhsilin, mədəniyyət və incəsənətin bütün istiqamətləri üzrə elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri, professor, dosent elmi adları verən dövlət orqanı olub, elmi və elmi-pedaqoji işçilərin milli attestasiyası sisteminin düzgün fəaliyyət göstərməsini təmin edir.