[b]Həbsdəki jurnalistlərin əfv edilib-edilməyəcəyi məsələsi son günə saxlanılıb[/b] Bu gün Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib. Əfv Komissiyasının üzvü, deputat Vaqif Səmədoğlu deyib ki, dekabrın sonuna qədər komissiyanın daha bir necə iclası keçiriləcək: ?Prezident əfv fərmanını yeni il ərəfəsində imzalayacaq?. Komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı iclasda müraciətlərə baxıldığını bildirib. O ?Media forum? saytına açıqlamasında deyib ki, Əfv Komissiyasının üzvlərinə xeyli müraciət daxil olub: ?Müraciətlərə dair sənədlər toplanır, əfv üçün müraciət edən məhbusların törətdikləri cinayətlər, cəzaçəkmə müəssisələrindəki davranışları öyrənilir?. Həbsdəki jurnalistlərin əfv edilib-edilməyəcəyinə isə hələlik aydınlıq gətirilmir. İqtidar bu məsələni son günə saxlayır.