Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 24-25-də Türkiyədə rəsmi səfərdə olacaq. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. "Səfər zamanı ikitərəfli münasibətlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək", deyə Poluxov bildirib. Səfər zamanı Məmmədyarov türkiyəli həmkarı və bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.