Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinejadla ayrı-ayrılıqda telefonla danışıb. Türkiyənin "Hürriyət" qəzetinin verdiyi məlumata görə, hər iki telefon danışığında bölgədəki son vəziyyət müzakirə olunub. Ərdoğanın prezident İlham Əliyevlə danışıqlarının təfərrüatları açıqlanmayıb. Eləcə də Mahmud Əhmədinejadın türkiyəli baş nazirlə telefon söhbətinin detalları barədə heç bir dəqiq məlumat verilməyib.