Milli Məclisinin bugünkü iclasında ABŞ-ın Dağlıq Qarabağa yardım ayırması ilə bağlı məsələ müzakirə olunub. Belə ki, cari məsələlərin müzakirəsi zamanı deputatlar bununla bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Müstəqil İnformasiya Agentliyin xəbərinə görə, deputat İqbal Ağazadə sözügedən məsələylə bağlı münasibət bildirərkən deyib ki, bu, birinci hal deyil. Onun sözlərinə Görə, Rusiya, Fransa və ABŞ-ın zaman-zaman bu kimi mövqe nümayiş etdirib. İ.Ağazadə başqa bir məsələnin də Milli Məclisin gündəliyinə salınmasını təklif edib: ?Milli Məclisin gündəliyinə Qarabağ məsələsi daxil edilməli, bununla bağlı xüsusi iclas çağırılmalıdır. ?Madrid prinsipləri? Azərbaycanın suverenliyinə zərbədir?.