?Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri bütün standartlara cavab verəcək şəkildə həyata keçiriləcək. Hər hansı bir promlem olmayacaq?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasıda deyib. Ə.Həsənov seçkilərlə bağlı proseslərin normal getdiyinin vurğulayıb: "Namizədlərin qeydə alınması prosesi artıq başa çatıb və hazırda namizədlərin təbliğat təşviqat kampaniyası gedir. Hesab edirəm ki, seçki institutları bu prosesi tam demokratik həyata keçirəcəklər?.