Respublika Prokurorluğu və Hərbi Prokurorluqda yeni təyinatlar olub
Azərbaycanın Respublika Prokurorluğu və Hərbi Prokurorluğunda yeni vəzifə təyinatları olub. Respublika Baş Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Baş Prokurorluq üzrə müvafiq əmrlə baş prokurorun böyük köməkçisi Nazir Bayramov Baş Prokurorluğun Elmi-Tədris Mərkəzinin rəisi təyin edilib.
Bundan əlavə, Respublika Hərbi Prokurorluğunun (RHP) Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Şəfahət İmranov isə Respublika Hərbi prokurorunun müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov, hərbi prokuror isə Xanlar Vəliyevdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08