01; Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Belə ki, Azərbaycan-İran sərhədi yaxınlığında yerləşən N zastavasının əsgəri, Bərdə rayonunun Əylicə kənd sakini 18 yaşlı Qasımzadə Vüqar Simon oğlu güllə yarası alıb. Yaralı təcili olaraq Ləkin sahə xəstəxanasına çatdırılıb və ona ilkin yardım göstərilib. Vüqar Qasımzadə sonra Cəlilabad Mərkəzi Rayon xəstəxanasına gətirilib, lakin bütün cəhdlərə baxmayaraq o, dünyasını dəyişib. Mərhumun atası Simon Qasımzadə ANS PRESS-in müxbirinə söyləyib ki, Göytəpə Sərhəd Dəstəsindən ona oğlunun hansı şəraitdə və necə vurulması ilə bağlı araşdırma aparıldığı bildirilib.