Prezident ilham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün səhər saatlarında prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı H. Əliyevin məzarı önünə əklil qoyub, ona ehtiramını bildirib. Prezident görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə çiçək dəstələri düzüb.
Prezidentin ardınca Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri, eləcə də sadə vətəndaşlar Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət axşam saatlarına qədər davam edəcək.
Qeyd edək ki, bu gün H. Əliyevin vəfatının 6-cı ildönümüdür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08