Prezident İlham Əliyevin sərəncamına əsasən müdafiə sənayesi işçiləri "Tərəqqi" medalı ilə təltif edilib. Sərəncama əsasən, Abbasov Musa Abbas oğlu, Ağacanov Rasim Həsən oğlu, Məmmədov Cavid Xəlil oğlu, Morduxayev Adolf İliç, Rəsulova Pəri Abasqulu qızı və Şirəliyev Eyyub Ağaməmməd oğlu "Tərəqqi" medalı ilə təltif olunub. Prezident İlham Əliyev digər sərəncamı ilə müdafiə sənayesi işçilərinə fəxri adlar da verilib. Sərəncama əsasən, Azərbaycanda müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə Əzizov Vahid Qarakişi oğlu və Məmmədov Azad Xəlil oğlu ?Əməkdar Mühəndis? fəxri adı ilə təltif olunub.