Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gələn ilin yanvarında baş tuta bilər. Müstəqil İnformasiya Agentliyi Armenia Today-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov verib. Həmsədr bildirib ki, yaxın günlərdə Azərbaycana səfər edəcəklər, Ermənistana isə sonra gedəcəklər: "Biz həm Ermənistanda, həm də Azərbaycanda hakimiyyətlə Madrid prinsiplərinin redaktə olunmuş versiyasını müzakirə edəcəyik. Bundan əlavə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün hazırlıq görüləcək".