gn=left]2010/bayraq-turkiye.jpg[/libt] Türkiyə Yaxın Şəqr regionu ölkələrində nüvə silahı olmasının əleyhinədir. Bunu İordaniyada səfərdə olan Türkiyə prezidenti Abdulla Gül yerli televiziyaya müsahibəsində deyib. O bir daha İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti diplomatik yolla həll etməyə çağırıb. Amma o eyni zamanda qeyd edib ki, Ankara nüvə enerjisindən dinc məqsədlər üçün istifadə edilməsinin əleyhinə deyil. azadliqradiosu