Bu gün səhər saatlarında Türkiyənin Ərzincan səhərində polis əməliyyat aparıb. Türkiyə KİV-inin məlumatına görə əməliyyat zamanı 2004-cü ildə komandir olmuş 3 vəzifəli şəxsi - oramiral Özden Örnek, orgeneral Aytaç Yalman və orgeneral İbrahim Fırtına həbs olunub. Həbslər ?Ergenekon? əməliyyatı çərçivəsində aparılıb. Türkiyə mətbuatı məlumatına görə saxlanılan şəxslər ifadə verdikdən sonra sərbast buraxılıblar.