Cəbhə xəttində atəşkəs rejimi yenə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, düşmən bölmələri dekabrın 1-də saat 20.30-dan 20.50-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.45-dən 22.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 2-də saat 02.45-dən 03.00-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub. İtki yoxdur.