SSRİ xalq artisti Zeynəb Xanlarova dünya turnesinə hazırlaşır. Bu barədə məlumatı ?Səs Orqanazition? prodüser mərkəzinin rəhbəri Hahid Emiloğlu yayıb. 2010-cu ildə nəzərdə tutulan turne may ayına təsadüf edəcək. Təşkilatçının dediyinə görə, Zeynəb Xanlarova Avropa ölkələrində konsert proqramı ilə çıxış edəcək. Xatırladaq ki, Zeynəb Xanlarova dünyada məşhur olan "Melodiya" firmasının "Qızıl val" mükafatına layiq görülüb.