Bu gün Muzey Mərkəzində Azərbaycan Aşıq sənəti və Novruz bayramının namizədlik fayllarının və Aşıq sənətinə həsr olunmuş kompakt diskin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə hökumət nümayəndələri, AMEA-nın əməkdaşları, diplomatik korpusun nümayəndələri iştirak edib. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva 2009-cu il 28 sentyabr - 02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı Azərbaycan aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb. Bu məqsədlə nazirlik tərəfindən təbliğat işlərinin aparıldığını da bildirib: ?2009-cu il mart ayının 29-da Fransanın ?Maison des cultures du Monde? Assosiasiyası və Mədəniyyət və Turizm Nazirliyi aşıq sənətinə həsr olunmuş CD buraxıb. Bundan başqa, martın 30-da Strasburq konservatoriyasının konsert zalında növbəti aşıq musiqisi konserti keçirilib. Bu ilin noyabr ayında aşıqlar həm də Böyük Britaniyanın London, Brayton, York, Nyu-Kasl, Kornuel kimi böyük şəhərlərin zallarında çıxış ediblər?.