MMP ?Aqo? qrupunun ikili siyasətinə etiraz edir
Bu gün Müasir Müsavat Partiyasının İdarə Heyətində Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin ?Aqo? Monitorinq Qrupunun üzvlərinin ölkə müxalifəti ilə görüşlərdə ayrıseçkilik etməsi məsələsi müzakirə edilib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirə iştirakçıları ?Aqo? Qrupunun Azərbaycanda müxalifət partiyaları arasında bu jür ayrıseçkilik və iki standartlara yol verməsini antidemokratik hərəkət kimi qiymətləndirib və qeyd ediblər ki, Azərbaycana təşrif buyuran beynəlxalq təşkilatların nümayəndələri həmişə ölkədə fəaliyyət göstərən bir qrup radikal dağıdıcı qüvvələrlə ölkədə sabitliyi pozmaq üçün işbirliyinə girirlər: ?Təəssüf ki, ?Aqo? Qruppu da digər beynəlxalq təşkilatlar kimi ölkədə konstruktiv düşərgənin nümayəndələri ilə yox, aparılan danışıqlarda yalnız öz maraqlarını təmin edən siyasi partiya nümayəndələri ilə görüşürlər. Bütün bunlar göstərir ki, onlar ikili standartlarla və ayrıseçkiliklə məşğuldur?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51