Milli Məclisin bugünkü iclasında YAP-çı deputat Mübariz Qurbanlı işğal olunmuş torpaqlarla bağlı qanun layihəsinin hazırlanmasını təklif edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, M.Qurbanlı deyib ki, bu qanun işğal altında olan Azərbaycan ərazilərində iş görən xarici şirkət və təşkilatların fəaliyyətinin qarşısının alınmasına xidmət etməlidir.