Prezident Administrasiyasının qarzısında etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edilib
Milli Qurtuluş Partiyası (MQP) Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. MQP-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aksiyanın noyabrın 28-də saat 15:00-da keçirilməsi planlaşdırılır.
Aksiya gənc bloggerlər Emil Milli və Adnan Hacızadənin siyasi motivlərlə həbs edilməsinə, barələrində əsassız azadlıqdan məhrumedilmə qərarı çıxarılmasına etiraz etmək məqsədilə keçiriləcək. Piketdə 30 nəfərin iştirakı planlaşdırılır.
Müraciətdə BŞİ-dən tədbirin təhlükəsizliyini təmin etməkdə yardımçı olması xahiş edilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08