Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Seleste Vollanderi edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Müdafiə naziri S.Əbiyev münaqişənin dinc şəkildə həll edilməsinə maneəçilik törətmək üçün Ermənistanın bilərəkdən danışıqlar prosesini uzatmasını qonaqların diqqətinə çatdırıb.