Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədov bloqgerlər Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı beynəlxalq təşkilatların bəyanatlarına münasibət bildirib. Müstəqil İnformasiya Agentloyinin xəbərinə, bu barədə jurnalistlərə açıqlamasında spiker deyib ki, beynəlxalq təşkilatlar əvvəlcə həbsi ətraflı öyrənməli, daha sonra məsələyə münasibət bildirməli idilər. Onun sözlərinə görə, beynəlxalq təşkilatların verdiyi bəyanatlar Azərbaycana təzyiq etmək məqsədi daşıyır.