Millət vəkili Qüdrət Həsənquliyevin hava limanında itən çantası tapılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə məlumata jurnalistlərə açıqlamasında Q.Həsənquliyevin özü verib. Deputat bildirib ki dünən axşan onun sürücüsünə zəng edərək çantanın tapıldığını bildiriblər: ?Çantadan heç nə itməyib, hər şey yerindədir. Ancan mən Reapublika Prokurorluğuna müraciət edərək, bu işin sonna qədər araşdırılmasına çalışacam. Mən də belə bir şübhə yarandı ki, baş verənlər büdcənin müzakirəsi zamanı ?Azal? prezidenti Cahangir Əsgərovla bağlı etdiyim çıxışla bağlıdır. Ona görə də bu işin araşdırılmasını tələb edəcəm?.