Milli Məclisin bir qrup üzvü, dövlət rəsmiləri Almaniyaya səfər edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa məlumat verib. Noyabrın 22-23 arası tarixində nəzərdə tutulan səfərin məqsədi Türkiyə-Azərbaycan diaspor təşkilatlarının və Avropa Azərbaycanlıları Konqresinin birgə təşkil etdiyi forumda iştirak etməkdir. F.Mustafanın sözlərinə görə, forumda Türkiyə-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə olunacaq: ?Biz də məruzəçi olaraq, həmin forumda çıxış edib, diaspora təşkilatlarının birgə fəaliyyətini müzakirə edəcəyik?. Həmin tədbirdə Milli Məclisdən Fazil Mustafa, Bahar Muradova və Sabir Rüstəmxanlı iştirak edəcəklər. Bundan əlavə, sözügedən foruma Azərbaycanın komitə rəhbərliyinin nümayəndələri, Prezident Administarsiyasının əməkdaşları da qatılacaqlar. Tədbirdə Türkiyənin millət vəkillərinin də iştirak edəcəkləri bildirilir.