Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Agentliyinin İcraiyyə Komitəsinin direktoru, səfir Riçard Consu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən verilən məlumata görə, görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular müzakirə olunub. Qlobal enerji, Xəzər hövzəsində gerçəkləşən və hazırda istifadədə olan enerji layihələrin və onların dünya enerji təhlükəsizliyinin təminatı habelə müasir enerji səmərəliliyi mövzuları ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın enerji siyasəti, enerji istehsalı və nəqliyyatı layihələri də diqqət mərkəzində olub.