Azay Quliyev Yaponiya səfirinin müavini ilə görüzüb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Yaponiyanın ölkəmizdəki səfirinin müavini Toşikazu Muto ilə görüşüb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, şuranın ofisində keçən görüşdə A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verib.
Azərbaycan QHT-ləri ilə uzun müddətli əməkdaşlıq təcrübəsinə malik olan T.Muto Yaponiya səfirliyinin bundan sonra da QHT-lərlə əməkdaşlığa önəm verəcəyini bildirib.
Görüşdə Şura ilə səfirlik arasında birgə əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi haqda razılıq əldə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08