ilham Əliyev və Serj Sarkisyanın növbəti görüzü Almaniyada ola bilər
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşünün Almaniyanın Münhen şəhərində keçiriləcəyi gözlənilir. Ermənistan mətbuatının məlumatına görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə regiona yenidən səfər edəcəklər.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı baza prinsiplərinin razılaşdırılması üçün müzakirələri davam etdirməyə hazır olduqlarını bildiriblər. Onlar həmsədrlərin noyabrın sonuna kimi növbəti dəfə görüşü təşkil etmək təklifini qəbul ediblər. ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub ki, görüşün yeri və vaxtı müəyyənləşdiriləcək.
E. Məmmədyarov isə bildirib ki, görüş Avropa şəhərlərindən birində keçirilə bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08