Bakı-Quba yolunda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən qəza baz verib
Bakı-Quba yolunda avtomobil qəzası baş verib. Müstəqil Informasiya Agentliyinin xəbərinə görə, Bakı şəhər sakini, Salman Məmmədovun idarə etdiyi, ?Lexus? markalı, 10 MF 101 dövlət nönrə nişşanlı avtomobil, yolun əks istiqaməti ilə hərəkət edən Xalid Şükürovun idarə etdiyi ?VAZ-2106? markalı, 10 EP 660 dövlət nömrə nişanlı və Orxan Hüseynovun idarə etdiyi ?Mercedes? markalı, 10 ZV 907 dövlət nömrə nişanlı maşınlarla toqquşub.
Qəza nəticəsində ?Mercedes?in sürücüsü O. Hüseynov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Digər avtomibillərin sürücüləri və ?Lexus?da olan sərnişinlər, Bakı şəhər sakinləri - Sevda Əliyeva və Zaur Quliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08