Minsk səfərində olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Belarus Dövlət Universitetində olub. Bu təhsil ocağında dövlət başçısına fəxri professor diplomu və mantiyası təqdim edilib. Prezident universitetin professor-müəllim heyəti və tələbələri qarşısında Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin inkişafından danışıb, suallara cavab verib. Həmin gün İlham Əliyev Minsk şəhərindəki ?Aqat? Elm-İstehsalat Birliyi ilə tanış olub. Daha sonra Belarus prezidentinin iqamətgahında İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.