Sabahdan etibarən şəhər nəqliyyatında ?donuz qripi?nə qarşı dezinfekiya işlərinə start veriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Bakı Nəqliyyat? MMC-nin mətbuat katibi Samir Həsənəov məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı müvafiq orqanlara müraciət edilib: ?Bütün paytaxt marşrutlarında növbə ilə dezinfeksiya işləri aparılacaq. Əgər bir xətdə 10 avtobus varsa, onlardan 5-i xəttə buraxılacaq, digər 5-i isə dezinfeksiya olunmaq üçün xətdən çıxarılacaq. Dezinfeksiya işlərinin həftənin sonunadək yekunlaşacağı gözlənilir?. S.Həsənov deyib ki, taksilərin əksəriyyəti fərdi olduğundan, bu işi Səhiyyə Nazirliyi həyata keçirə bilər.