Sabiq hərbi komissar Əliağa Hüseynov Salyan rayonu icra hakimiyyətinin bazçısı təyin edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 noyabr 2009-cu il tarixli sərəncamına əsasən Əliağa İzzət oğlu Hüseynov Salyan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamı ilə Rasim Cavad oğlu Bəşirov Salyan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, iki gün öncə prezident İlham Əliyev general-leytenant Əliağa İzzət oğlu Hüseynovun Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Ə.Hüseynov ?Hərbi xidmətkeçmə haqqında? Əsasnamənin 156-cı maddəsinin ?b? bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08