Milli Məclisin bugünkü iclasında hazırda dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlığa səbəb olan ?Donuz qripi? məsələsi də müzakirə mövzusu olub. Müstəqil İnformasiya Agentiliyinin xəbərinə görə, millət vəkili Zahid Oruc ?donuz qripi? mövzusuna toxunaraq, bununla bağlı dövlət komissiyası yaradılmasını təklif edib. Deputat onu da bildirib ki, bu kimi dünyanı əhatə edən problemlə təkcə Səhiyyə Nazirliyi məşğul ola bilməz. Bu səbəbdən də deputat ?Donuz qripi? ilə bağlı komissiyanın yaradılmasının vacibliyini diqqətə çatdırıb.