Bu gün Milli Məclisinin plenar iclasında ?2010-cu ilin dövlət büdcəsi haqqında? qanun layihəsinin müzakirəsi başlayacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirə noyabrın 13-ə qədər davam edəcək. Deputatlar neftin büdcədəki qiyməti və büdcə zərfinə daxil olan digər sənədlərlə bağlı təklif və iradlarını səsləndirəcəklər. Xatırladaq ki, 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar səviyyəsində nəzərdə tutulub. Büdcənin gəlirlər 12 milyard 177 milyon manat, xərclər isə 12 milyard 355 milyon manat həcmində proqnozlaşdırılıb. Beləliklə, gələn ilin büdcəsində 2009-cu ilin büdcəsinə nisbətən gəlirlərin 17,8 faiz, xərclərin isə 8,8 faiz azalması gözlənilir.