Bu gün səhər saat 8 radələrində Şamaxı rayonunda dəhşətli intihar hadisəsi baş verib. 47 yaşlı Məlahət Allahverdi qızı Məmmədşuri, onun qızı 21 yaşlı Tünzalə Supehdar qızı Məmmədşuri və Tünzalənin oğlu 3 yaşlı oğlu Elvin Elnur oğlu Məmmədşuri özlərini Kür-Araz qəsəbəsində yerləşən Zaqalabatay Şirvangöl su anbarına atıb. ANSPRESS-ə verilən məlumata görə, əraziyə cəlb olunan qurğuların köməyi ilə hər üç meyit sudan çıxarılıb. Şamaxı Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin varianta görə, hadisə ailə-münaqişə zəmində baş verib. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Araşdırma aparılır.